2 oktyabr 2010 20:12
Qurban Qurbanov: Tovuzda oynamaq həmişə çətindir
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 8-ci turu çərçivəsində "Turan"-la keçirilən oyun barəsində öz fikirləri ilə bölüşdü.
"Tovuz üç xal dalınca gəlmişdik. Burada oynamaq həmişə çətindir, lakin biz qalib gələ bildik. Nəzərə alsaq ki, yığmanın oyunları ilə bağlı çempionatda fasilə yaranacaq bu qalibiyyət bizim üçün yaxşıdır. Düşünürəm ki, bu fasilə ərzində yaxşı hazırlaşa bilməyəcəyik, çünki oyunçuların əksəriyyəti millini sərəncamında olacaq", - azerisport.az xəbər verir ki, bunu Qurbanov dedi.
