2 oktyabr 2010 00:04
Almir Hurtiç: Bizim üçün uğursuz oyun oldu
Azərbaycan Premyer-liqasının 8-ci turunda "İnter" "Muğan"-ı qəbul etdi. Azerisport.az xəbər verir ki, meydan sahiblərin xeyirinə 1:0 hesabı ilə oyundan sonra komandaların baş məşqçiləri görüş barəsində öz fikirlərini bildirdilər.
"Fikrimcə bizim üçün uğursuz oyun oldu. Komandam meydanın hər yerində mübarizə aparsa da, "İnter"-in qapısı önündə kifayət qədər təhlükəli epizodlar yarada bilmədik. "İnter" çox güclü komandadır, bu gün çox yaxşı oynadılar. Artıq ikinci dəfədir ki, uğursuzluq yaşayırıq – rəqibimizə penalti zərbəsi ilə məğlub oluruq. "İnter" komandasını qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq", - "Muğan"-ın baş məşqçisi Almir Hurtiçdedi.
"Çox maraqlı oyun oldu, komandalar yüksək temp və sürət göstərdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim oyunumuzda, demək olar ki, hər şey alınırdı. Mərkəz xəttdə sıxlıq olduğundan cinahdan hücumlara üstünlük verdik. Lakin son vuruşlarda qeyri-dəqiqlik var idi. Komandamı qalib gəldikləri üçün, həmçinin "Muğan"ı göstərdikləri oyuna görə təbrik edirəm", - "İnter"-in məşqçisi Georgi Çixradzebildirdi.
