2 oktyabr 2010 00:13
Qarabağ`ın oyunçuları baş məşqçisiz qaldı
Azərbaycanın "Qarabağ" klubunun albaniyalı müdafiəçiləri baş məşqçisiz qaldı. Azerisport.az xəbər verir ki, Albaniyanın baş məşqçisi Yosip Kuje AVRO-2012-nin seçmə mərhələsindəki qarşıda gələn oyunlarda komandaya rəhbərlik edə bilməyəcək. Bu onun səhhəti ilə bağlıdır. Albaniya Futbol Federasiyasının verdiyi məlumata görə, 57-yaşlı mütəxəssis özünü artıq yaxşı hiss edir. Xatırladaq ki, hazırda Albaniya qrupunda birinci yeri tutur.
Mənbə: Sport-Ekspress
