2 oktyabr 2010 12:47
Real`ın əsas müdafiəçilərindən biri klubu tərk edəcək
Madridin "Real" klubunnun protuqaliyalı müdafiəçisi Pepe komandanın tərk edəcək. Amma bu 2012-ci ildə baş verəcək. Azerisport.az xəbər verir ki, futbolçunun müqaviləsi məhz 2012-ci ilə kimi nzərdə tutulub.
Məlumata görə, protuqaliyalı "Kral klubunda" qalmaq istəyini bildirdib, lakin maaşını artırmaq tələb etdi. O, ildə 5 milyon avro almaq istəyir. Lakin klub rəhbərliyi ona üçillik müqavilə və 3,5 milyonluq maaş təklif etdi.
Pepe "Real"-a 2007-ci ildə gələndə onun maaşı 1,8 milyon avro təşkil edirdi. Rəhbərlik ona bildirdi ki, bu onunla bağlı idi ki, klub futbolçunun transferinə çox pul xərclədi (30 milyon avro). Lakin portuqaliyalıya söz verdilər ki, iki ildən sonra maaşını artıracaqlar. Amma hələ ki bu baş verməyib.
Mənbə: AS
