3 oktyabr 2010 19:46
Kristian Fuks: Azərbaycanı məğlub etməliyik
Avstriya yığmasının müdafiəçisi Kristian Fuks bildirdi ki, onun komandası AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Belçika yığmaları ilə qarşıda gələn iki oyundan dörd xal götürmək niyyətindədir. "Azərbaycana doğma meydanımızda qalib gəlməliyik. Belçikalılara gəldikdə isə, səfərdən bir xal götürmə heç də pis nəticə olmayacaq", - azerisport.az xəbər verir ki, bunu Fuks dedi.
