3 oktyabr 2010 00:05
Millimiz Rusiyaya məğlub oldu
Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün rusiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Rusiya yığmasının xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun oktyabrın 4-də, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.
