3 oktyabr 2010 00:10

Qarabağ "ziqzaqları", XL-ın qənimi, Gəncə "yağışı" və Kamran Ağayevin nailiyyəti – 8-ci turun icmalı

Bu gün Azərbaycan çempionatının 8-ci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, "Xəzər-Lənkəran"-ın "Bakı" ilə etdiyi heç-heçə nəticəsində liderliyi əldən verdi.

Hazırda vahid lider olan "Neftçi" isə AZAL-ı qəbul etdi. Artq oyunun üçüncü dəqiqəsində "Neftçi" hesabda irəliyə çıxdı. Nəhayət ki çempionatda "neftçilərin" yeni transferi belçikalı Emil Mpenza ilk rəsmi qolunu vurur – 1:0. Bu qolda ayıca olaraq AZAL-ın müdafiədəki səhvi qeyd etmək lazımdır. Məhz bu səhvdən sonra top Mpenzaya ötürülür və belçikalı forvard qüvvətli zərbə ilə topu tora göndərir. Artıq "Neftçi" minimum məqsədə, yəni erkən qol vurmağa nail oldu. Lakin irəlidə demək olar ki 90 dəqiqədən 87-si qalmışdır. AZAL ruhdan düşmədi və müdafiədə də oturmaq niyyətində deyil idi. Əksinə, hücum edirdi və hətta bəzi anlarda oyun üstünlüyünə malik idi. Demək olarki oyun qarşılıqlı hücum şəraitində keçirdi. İlk yarı elə bu hesabla da bitdi. İkinci hissənin əvvəlində Nazim Süleymanov meydana AZAL-ın bombardiri Qvidas Yuşkanı buraxır. Buna cavab olaraq Arif Əsədov Ruslan Abışovu oyuna daxil edir. Hər iki komandaların səylərinə baxmayaraq, hesab dəyişməz qaldı. Həmçinin Bahodir Nəsimovun oyunun qeyd etmək istərdik. Bu oyunla birgə futbolçu artıq ikinci görüş dalbadal fərqlənə bilmir. Bir tərəfdə, burada qeyri-adi heçnə yoxdur – iki oyundur da, nədiki? Digər tərəfdən isə, özbək futbolçu özü günahkardır ki, bizi hər oyunda qol vurduğuna alışdırıb. İndi isə bizi bundan məhrum edir. Bu oyunda da Nəsimov çox çalışırdı ki, qol vursun, amma alınmadı.
 
Ötənilki çempion "İnter" isə "Muğan"-ı qəbuk edirdi. Ümumiyyətlə hər iki komanda orta səviyyəli oyun göstərdi. Bəzən də ortadan da zəif. "İnter"-i başa düşmək çətindir. Komanda satbil oyun göstərə bilmir: 10 dəqiqə yaxşı oyun göstərir, 20 dəqiqə isə heçnə. Bu oyunda isə rəqib də o qədər güclü oyun göstərmirdi. Bunun və əlbətdə ki penaltinin sayəsinə görə, "İnter" növbəti xal itkisindən qaça bildi.
 
Zaqatala da isə yerli "Simurq" "Qəbələ"-ni qəbul edirdi. Və yenə də həmişə olduğu kimi "Simurq"-un ssenarisi təkrarlandı: yun boyu hücum, nəticədə isə məğlubiyyət. Elə bu dəfə də, zaqatalalılar oyuna aktiv başladı, ilk təhlükəli vəziyyəti yaraddılar. Amma buna baxmayaraq fərqlənən tərəf "Qəbələ" oldu. Saşa Yunisoğlu növbəti dəfə "radarların" heyətində fərqlənə bilir. Deyəsən müdafiəçimiz Toni Adamsın simasında özünə uyğun olan baş məşqçi tapdı. Qola baxmayaraq, "Simurq" təşəbbüsü əlinə keçirə bildi. Lakin bütün səylər boşa çıxırdı. İkinci hissə də ilk yarının davamı oldu: "Simurq" hücum edir, edir, edir… və yenə də rəqib komanda fərqlənir. Bu dəfə isə Terri Kuk zaqatalalıların son ümüdünü "öldürür". "Simurq" nəsə etməlidir. Əlbətdə, klubun seçdiyi gəncləşdirmə prosesi tədqirə layiqdir. Lakin bir fakt nəzərə çarpır – təcrübəli hücumçu lazımdır. Əks halda komandanın potensialı boşa gedəcək. Sözsüz ki, potensial böyükdür. Amma lazımi təcrübənin yoxluğu bütün qol vurmaq səylərini puç edir. "Qəbələ"-yə gəldikdə isə, o qədər də gözəl və stabil futbol göstərməyən komanda artıq ardıcıl olaraq ikinci oyunda əlinə düşən vəziyyətlərdən maksimum istifadə edir. Bu "Qarabağ"-la oyunda belə idi və indi də belə oldu. Əlavə etmək olar ki, komandanın oyununda nöqsanlara baxmayaraq, bu irəliyə bir addım sayıla bilər.
 
"Qarabağ" isə bu gün Tovuzda yerli "Turan" komandasının qonağı oldu. Qeyd edək ki, bu oyuna Tovuz təmsilçisi baş məşqçisiz çıxmışdı. Oyun meydan sahiblərin üstünlüyü ilə başlandı. Amma yavaş-yavaş "Qarabağ" oyunu bərabərləşdirə bildi. Görüşün ilk 45 dəqiqəsində təhlükəli vəziyyətlər demək olar ki yox idi. Hər komanda yalnız bir dəfə fərqlənmə şansını əldə etdi. Lakin lazımi dərəcədə onlardan istifadə edə bilmədi. Ancaq ikinci hissədə hər şey dəyişdi. Hər iki komanda hücumda daha aktiv oynamağa başladı. Və nəhayət oyunun 65-ci dəqiqəsində ağdamlılar hesabı açır: Rəşad Sadiqovun zərbəsindən sonra qapıçı topu qaytarır, lakin o düz Emin İmaməliyevin ayağına düşür və veteran futbolçu bu vəziyyətdən tam yaralana bilir – 0:1. Qoldan sonra isə oyun sakitləşdi. Bu görüş bir də göstərdiki "Turan"-ın oyununda dəyişiklər edilməlidir. Komanda çalışır, hücum edir. Lakin nəsə çatışmır. "Qarabağ"-a gəldikdə isə, bu komanda bizi "ziqzaq" oyunu ilə heyran etməyə davam edir: heç-heçə – qələbə – məğlubiyyət, heç-heçə – qələbə – məğlubiyyət. Komandanın azərkeşlər və oyunçuların yəgin artıq başları gicəllənir.
 
Bakıda isə MOİK "Gəncə" ilə qarşılaşdı. …MOİK-ə "alqışlar". Artıq ikinci oyunduki, komanda antifutbol dərsi keçirir. Ümumiyyətlə "Gəncə" ilə oyun barəsində nəsə demək çətinir. Çünki bu dəfə də MOİK yox idi. Meydanda ancaq gəncəlilər idi. Təsəvvür edin ki, MOİK ilk və yeganə təhlükəli vəziyyəti yalnız ikinci hissənin ortasında yarada bildi. "Gəncə"-nin oyununa gəldikdə isə, bor futbolçunun xüsusən qeyd etmək lazımdır – Ceyhun Sultanovu. Görüşdə beş qoldan dördü onun sayəsində vurulub. İlk üç qol məhz onun ötürmələrindən sonra vurulub. Və əgər bu oyuna Sultanov özü də fərqlənməsə idi, bu ədalətsizlik olardı. Lakin 80-cı dəqiqədə futblçu penaltidən layiq olduğu qolu vurdu. Nəzərə almasaq ki, rəqib o qədər də güclü deyil idi, Sultanov bir oyun üçün fantastik nəticə göstərdi – üç ötürmə, bir qol. Necə deyərlər: "sükanı belə saxla".
 
Və nəhayət turun mərkəzi oyunu Lənkəranda baş tutdu. XL-a ötən mövümün sonunu korlayan "Bakı" bu dəfə də lənkəranlılardan xal ala bildi. Oyun özü Zaur Ramazanovun topa toxunuşu ilə başlandı. Bu görüş Zaurun futbolçu karyerasındaki sonuncusu oldu. Oyunun özünə gəldikdə isə, hər iki komanda çox aktiv başladı. Lakin XL daha təhlükəli görünürdü. Görünürdü ki, lənkəranlıların çalışdırıcısı Mirça Rednik komandadan erkən qol gözləyirdi. Və komanda erkən qol vurmağa çox yaxın idi. Artıq oyunun əvvəlində Uinston Parks iki rəqibdən asanlıqla ayrılaraq, cərmə meydançasına daxil oldu və ötürmə etdi: müdafiəçidən sıçrayan top düz Rahid Əmirquluyevin ayağına oturdu. Lakin "Bakı"-nın qapıçısı Marko Şarlia inanılmaz reaksiya göstərərək, komandasını qoldan xilas etdi. Şarlia bu görüşdəki oyunu ilə Fransanın "əfsanəvi keçəli" Fabyen Bartezi xatırlatdı. Hər bir gözəl seyvdən sonra gözlənilməz səhv. "Bakı"-nın müdafiəsi isə bu oyunda da səhv etməyə davam edirdi. Əsasən də cinahlarda. Əsasən də sağ cinahda. Açığı deyək ki, Cəmşid Məhərrəmov çox zəif təsir bağışladı. Kapitan rəqib hücumçularının dalınca çatdıra bilmirdi. Parks isə onu bir neçə dəfə rahatcasına keçirdi. Və məhz Parks birinci hissənin ortalarında hesabı aça bildi. Yenə də sol cinahdan hücum və bu dəfə Parks topu qapıya daxil edə bilir – 1:0. Bundan sonra da lənkəranlılar qol vurmaq üçün xeyli vəziyyətlər yaratdı. Lakin görünür ki komandada qo vəziyyətlərin realizasiyası aşağı səviyyədədir. Lider olmaq istəyən komanda 8 oyunda 9 topdan çox vurmalıdır. "Bakı"-da isə bəzi məqamlarda oyun heç alınmırdı. Futbolçular düz yerdə topu itirirdi. Bir tərəfdən bunu stadionun ot örtüyünün həddindən dərəcə pis vəziyyətdə olması ilə əlaqələndirmək olar. Lakin digər tərəfdən unutmaq lazım deyil ki, rəqib futbolçular da bu meydançada oynayır. Buna görə də demək olar ki, hər iki komanda bərabər şəraitdə idi. Amma görünürüdü ki, XL qazonun bu cür olacağına hazır idi, "Bakı" isə – yox. Lakin bütün bu manelərə və XL-ın oyundaki üstünlüyə baxmayaraq, "Bakı" 85-ci dəqiqədə qol vura bildi. Fransalı müdafiəçi Borbikoni ardıcıl olaraq ikinci oyunda qol vurur. Bu qol sayəsində paytaxt təmsilçisi oyunu heç-heçə ilə başa vura bilir və bununlada XL-a liderliyi davam etdirməyə imkan vermir.
 
Lənkəranlıların oyununda bi məqamı qeyd etmək istiyərdik. Rəqib topla mərkəz xəttini keçən kimi onun üstünə dərhal bir və ya iki oyunçu cumur. Əminliklə deməl olar ki, məhz bu pressinqə görə XL hələ də oyundan qol buraxmayıb. Qol demişkən... Kamran Ağayev həm öz rekordunu təzələdi, həm də Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında yer aldı. Nəzərə alsaq ki, bu görüşdən öncə Kamran çempionatda sonuncu dəfə qolu ötən mövsüm "Qarabağ"-la görüşün 35-ci dəqiqəsində buraxmışdır, o zaman qapıçını göstərici 720 dəqiqə olur. Bununla belə o öz keçmiş nailiyyətini vurdu (632 dəqiqə) və İFFHS-ın siyahısınada düşdü. Qeyd edək ki, həmin siyahıda ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar yer alır.
 
"Bakı"-nın oyununa gəldikdə isə, bir əsas məqamı qeyd etmək lazımdır: futbolçular və bütövlükdə xəttlər arasında əlaqələr çox zəifdir. Əgər bu problem həll olunsa, komandanın oyunu da alınacaq.
 
8-ci turun nəticələri:
NEFTÇİ – AZAL - 1:0 (1:0)
Mpenza, 3 (1:0)
 
İNTER – MUĞAN - 1:0 (0:0)
Karlsons, 78-pen. (1:0)
 
SİMURQ – QƏBƏLƏ - 0:2 (0:1)
Yunisoğlu, 14 (0:1), Kuk, 85 (0:2)
 
TURAN – QARABAĞ - 0:1 (0:0)
İmaməliyev, 65 (0:1) 
 
MOİK – GƏNCƏ - 0:5 (0:2)
Junivan, 13 (0:1), 44 (0:2), Zərgərov, 75 (0:3), Sultanov, 80-pen. (0:4), Armando, 90 (0:5)
 
XL – BAKI - 1:1 (1:0)
Parks, 24 (1:0), Borbikoni, 85 (1:1) 
 
Turnir cədvəli:
 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
8
6
1
1
15-2
19
2
XL
8
5
3
0
9-1
18
3
İnter
8
5
1
2
7-3
16
4
AZAL
8
4
2
2
9-6
14
5
Qarabağ
7
3
2
2
7-4
11
6
Gəncə
8
2
5
1
11-8
11
7
Qəbələ
8
3
1
4
6-7
10
8
Bakı
7
2
3
2
10-9
9
9
Muğan
8
2
3
3
6-7
9
10
MOİK
8
1
1
6
3-18
4
11
Turan
8
0
3
5
5-13
3
12
Simurq
8
0
3
5
5-15
3
 
Bombardirlər:
9 – Nəsimov (Neftçi)
5 – Yuşka (AZAL)
3 – Sxadadze (Simurq)
3 – Jaba (Bakı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.