4 oktyabr 2010 13:11
Stefan Borbikoni: Çox yaxşı haldır ki, Lənkəranda heç-heçə edə bildik.
Azərbaycanın "Bakı" klubunun müdafiəçisi Stefan Borbikoni ölkə çempionatının 8-ci turu çərçivəsində "Xəzər-Lənkəran"-la keçirilən oyun barəsində (1:1) azerisport.az saytına öz fikirlərini bildirdi. "Çox yaxşı haldır ki, Lənkəranda heç-heçə edə bildik. Bu qarşıdaki oyunlarda bizə əminlik verəcək. Biz yeni komandayıq, yeni oyunçularla. Deməli bizə vaxt lazımdır. Komandada bu sayda legioner olanda müntəzəmlik üçün vaxt lazımdır", - Borbikoni dedi.
