4 oktyabr 2010 13:33
Emil Mpenza: Azərbaycan futboluna alışmaq üçün mənə vaxt lazım idi
Azərbaycanın "Neftçi" klubunun belçikalı legioneri Emil Mpenza Azərbaycan çempionatının 8-ci turu çərçivəsində AZAL-la keçirilən oyun barəsində (1:0) öz fikirlərini bildirdi.
"Asan oyun gözləmirdik. Çünk rəqibimiz mövsümü yaxşı başlayıb. Amma Lənkərandaki oyundan sonra bizə qələbə lazım idi. Çünki XL ilə oyunda son dəqiqələrdə buraxılan qol komandaya neqativ təsir edə bilərdi. Lakin biz növbəti görüşdə qələbə qazana bildik. Hesab edirəm ki, bizdə hər şey yaxşıdır", - Mpenza dedi.
Həmçinin forvard çempionatda ilk vurduğu qola da toxundu: "Mövsümü o qədər də yaxşı başlamadım. Amma düşünürəm ki indi hər şey daha da yaxşı olacaq. Sadəcə sizin ölkənizə və futbolunuza alışmaq üçün mənə vaxt lazım idi".
