4 oktyabr 2010 13:50
MOİK baş məşqçisini buraxmaq istəmir
Azərbaycan Premyer-liqasının 8-ci turunda "Gəncə"-yə 0:5 hesablı məğlubiyyətdən sonra MOİK futbol klubunun baş məşqçisi Ramil Əliyev istefa vermişdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, MOİK rəhbərliyi Ramil Əliyevin istefasını qəbul etməyib və onunla əməkdaşlığı davam etdirməyi məqsədəuyğun saymışdır.
