4 oktyabr 2010 14:32
Leo Vindtner: Azərbaycanı mütləq məğlub etməliyik
Avstriya Futbol Federasiyasının prezidenti Leo Vindtner bildirdi ki, onun yığması AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda mütləq qalib gəlməlidir. "Mən demirəm ki, qarşıda gələn hər iki oyunda mütləq qələbə qazanaq. Lakin Azərbaycanla görüşdə biz heç nəyə baxmayaraq üç xal əldə etməliyik", - azerisport.az xəbər verir ki, bunu Vindtner dedi.
Xatırladaq ki, Avstriya – Azərbaycan oyunu oktyabrın 8-si Vyanada baş tutacaq.
Mənbə: Kleinezeitung.at
