4 oktyabr 2010 15:19
Bekhem yaşıl meydana qayıdışını gözəl qolla qeyd etdi (VİDEO)
ABŞ-ın "Los-Angeles Galaxy" klubunun ingilis yarımmüdafiəçisi Devid Bekhem zədədən sonra yaşıl meydançaya qayıdışını qolla qeyd etdi. Azerisport.az xəbər verir ki, "Chivas"-la görüşdə (2:1) komandanın ikinci qolunu cərimə zərbəsindən vurdu.
Xatırladaq ki, Bekhem zədə səbəbinə görə yarım ilə yaxın futboldan kənar qalmışdır.
