4 oktyabr 2010 15:36
Azərbaycan Rusiyanı məğlub etdi
Azərbaycanın 16 yaşadək fubolçulardan ibarət yığması Rusiyanın Krımsk şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın U-16 komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb. Namiq Ələsgərovun dubl etdiyi oyunda komandamızın digər qolunu Rüstəm Əsgərov vurub.
