4 oktyabr 2010 15:56
Futbol qaydaları azərbaycanca da olacaq
Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2010/11-ci il mövsümü üçün Futbol Oyun Qaydaları AFFA tərəfindən tərcümə olunub. Azerisport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, nəşrin Azərbaycan dilinə tərcümə olunmasına razılıq əldə etmək məqsədilə bir müddət əvvəl AFFA tərəfindən FİFA-ya rəsmi müraciət ünvanlanıb və FİFA bu müraciəti müsbət cavablandırıb.
İlk dəfə Azərbaycan dilinə tərcümə olunmuş FİFA-nın 2010/11-ci il mövsümü üçün Futbol Oyun Qaydaları yaxın gələcəkdə nəşr edilərək hakimlərə, hakim-inspektorlara, Azərbaycan Premyer-liqası və Birinci divizion klublarına veriləcək, eləcə də AFFA-nın saytında yerləşdiriləcək.
