4 oktyabr 2010 16:12
Nedved Juventus`a qayıdır
İtaliyanın "Juventus" komandasının əfsanəsi sayılan Pavel Nedved "Qoca senyoraya" qayıdır. Azerisport.az xəbər verir ki, Nedved yaxın vaxtda klubun sistemindəki vəzifələrdən birini ala bilər. Gözlənilir ki, bu ayın sonunda keçmiş futbolçu komandanın rəisi təyin olunacaq. Qeyd edək ki, dünən "Inter" və "Juventus" arasında keçirilən oyunu Nedved tribunalardan izləyib. Fasilədə o turinlilərin soyunub-geyinmə otağına daxil olaraq, oyunçularla söhbət etdi. Xatırladaq ki, Nedved klubunu prezidenti Andrea Anyellinin dostudur.
Mənbə: Football Italia
