4 oktyabr 2010 16:38
Xəzər-Lənkəran fanatları Bakı`nı qəzəbləndirdi (FOTO)
Azərbaycanın "Bakı" klubu "Xəzər-Lənkəran"-la Azərbaycan Premyer-liqasının 8-ci turu çərçivəsində keçirilən oyun zaman bir qrup yerli azarkeşin banner ilə bağlı öz narazılığını bildirdi. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçilərin narazılığın səbəbi "Sevirəm Xəzərin qucağındakı Ey əziz, ey gözəl, mehriban Bakı" banneri oldu. Klub bu banneri "etik normalara uyğun gəlməyən, milli mentalitetimizə yad və təhqir xarakterli" adlandırdı. Bannerdə məhz qırmızı rənglə qeyd edilən sözlər "Bakı"-nın narazılığının əsas səbəbi oldu.
"Oyun əvvəli "Bakı" kıubu tərəfindən səsləndirilən dostluq və qardaşlıq müraciətinə cavabın belə formada verilməsi Lənkəran azarkeşlərinə yaraşmır. Biz inanırıq ki, həqiqi futbol tərəfdarları Lənkəran futbolu adına ləkə gətirən həmin şəxslərin cəzalandırılmasını təmin edəcəklər. "Bakı" futbol klubu analoji halların yolverilməzliyini yerli klub nümayəndələrinin diqqətinə çatdırır, bunun nəticəsində baş verə biləcək bütün arzuolunmaz olayların məsuliyyətinin, məhz, "Xəzər-Lənkəran" klubunun üzərinə düşəcəyini bildirir", - "Bakı"-nın rəsmi saytında bildirdilir.
Mənbə: "Bakı" klubunun rəsmi saytı
