4 oktyabr 2010 16:46
Avstriya Azərbaycana qarşı türk futbolçunu çağırdı
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan (oktyabrın 8-də) və Belçika (oktyabrın 12-si) komandalarına qarşı daha bir türk futbolçunu cəlb etdi. Azerisport.az xəbər verir ki, Vyanın "Rapid" klubunun 21-yaşlı yarımmüdafiəçisi Yasin Pəhləvan zədələnmiş Emanuel Poqatesi əvəzləyəcək.
