4 oktyabr 2010 16:52
Qarabağ klublar reytinqində gerilədi
Azərbaycanın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinqində iyirmi pillə gerilədi. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi 350 klublar arasında 82 xalla, 231-ci yeri tutur. Birinci pillədə isə 300 xalla İtaliyanın "Inter" klubu qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" bu reytinqdə yeganə Azərbaycan təmsilçisi olaraq qalır.
