4 oktyabr 2010 17:31
"İlqar Qurbanovun transferi səhv idi"
Türkiyənin "Mərsin İdman Yurdu" klubunun mətbuat katibi Cəlal Ata azərbaycanlı futbolçu İlqar Qurbanovun trasnferini səhv addım kimi qiymətləndirdi.
"Hər hansı bir xüsusi bacarığa malik bir futbolçu da deyil ki, ona hər oyunda start heyətdə yer verək. Biz belə səhv etməməli idik", - azerisport.az xəbər verir ki, bunu Ata deyib.
Klub rəsmisi həmyerlimizin ona qarşı hörmətsizlik etdiyini də gizlətməyib. O Qurbanovdan cəmi bir dəfə xahiş etdiyini, lakin futbolçunun onun sözünü yerə saldığını deyib: "Bizim komandada belə şeylərə rast gəlmək mümkün deyil. Görəsən o, özünü kim hesab edir? Əgər yaxşı futbolçu olsaydı başqa məsələ. Heç bir bacarığa da malik deyil. Eybi yox, mən onunla bir daha həmsöhbət olmaram. Amma onun bu hörmətsizliyini baş məşqçiyə deyəcəyəm və cəzalandırmasını tələb edəcəyəm".
Qeyd edək ki, millimizin və "Mərsin İdman Yurdu"-nun şərəfini qoruyan İlqar Qurbanov sözügedən kluba transferi olduğu gündən etibarən forma üzünə həsrət qalıb və cəmi bir neçə dəfə baş məşqçi tərəfindən əsas heyətdə yer alıb.

Mənbə: Qafqazinfo