4 oktyabr 2010 17:41

Elvin BEQIRI: Bu həm Neftçi`yə, həm də Bakı`ya aiddir

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun müdafiəçisi Elvin Beqiri ölkə çempionatının 8-ci turu çərçivəsində "Bakı"  ilə keçirilən oyundan sonra (1:1) azerisport.az saytına müsahibə verdi.

Ötən turdaki əldə edilən uğuru bu dəfə təkrarlaya bilmədiniz.
"Bakı"-ya qarşı yaxşı oynadıq. Oyunun gedişatına 90 dəqiqə ərzində nəzarət edirdik. Sonda isə bizim bəxtimiz gətirmədi və lazımsız qol buraxdıq. Amma dəhşətli heç bir şey baş verməyib. İrəliyə baxırıq. Qarşıda xeyli oyun var. Növbəti oyunlara hazırlaşmalıyıq.
 
Ola bilsin ki, Jabanın meydandan qovulması komandanın arxayınlaşdırdı?
Bu ola bilməz. Biz əvvəlcədən qarşımıza məqsəd qoymuşduq ki, bu oyunda qələbə qazanaq. Buna görə də bu cür risk buraxa bilməzdik. Ümumiyyətlə Jabanın qovulmasından sonra bakılılar daha aktiv hücum etməyə başladı. Onlar heçnə itirmirdi. Bizə isə sadəcə rəqibin müdafiədəki boşluqlardan istifadə etmək lazım idi. Biz bunu edə bilmədik.
 
Ən çox nəyə təəssüflənirsiniz – itirilən iki xala yoxsa çempionatda buraxılan ilk qola görə?
Əlbətdəki itirilən xallara görə. Gec-tez qol buraxacaydıq. Komandanın bir mövsüm ərzində qol buraxmadığını yadıma sala bilmirəm. Xalları isə itirməməliydik.
 
Nəticədə XL birinci pilləni itirdi.
Bu müvəqqətidir. Qarşıda hələ də oyunlar var və biz birinci pilləni özümüzə qaytara biləcəyik. Əsas odur ki, bu pilləni mövsümün sonunda tutaq.
 
Komanda yoldaşlarınızın dediylərinə baxmayaraq, ardıcıl olaraq iki derbi oynamaq o qədər də asan deyil.
Bu cür güclü komandalara qarşı iki oyun dalbadal oynamaq çox çətindir. Əlbətdə bu oyunların arasında digər bir komanda ilə görüşsəydik daha yaxşı olardı.
 
Baxmayaraq ki, hələ mövsüm təzə başlayıb, "Bakı" ilə heç-heçə turnir cədvəlindəki vəziyyəti daha da kəskinləşdirdi.
Bu onu göstərir ki, bu vəziyyət mövsümün sonuna kimi davam edə bilər. Düşünürəm ki, gec-tez "Bakı" da liderlər qrupuna qoşulacaq. Bu əla futbolçuları olan komandadır.
 
Sizi narahat etmirmi, ilk dövriyyədə bütün əsas rəqiblərlə görüşləri öz meydanınızda keçirdiniz? Bəs ikinci dövriyyədə necə olacaq – axı həmin görüşlər səfərdə oynanılmalıdır?
Bizim üçün harada oynamaq fərq etmir. Biz həmişə qarşımızda qələbə qazanmaq məqsədini qoyuruq. Buna görə də rəqiblərimiz onların meydanında da məğlub etməyə çalışacayıq. Bu "Neftçi" və "Bakı"-ya da aiddir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.