4 oktyabr 2010 00:03
Sven-Yoran Eriksson İngiltərəyə qayıtdı
İngiltərənin keçmiş baş məşqçisi Sven-Yoran Eriksson gözlənildiyi kimi "Lester" klubunun baş məşqçisi oldu. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub İngiltərənin birinci divizionunda (championship) sonuncu yeri tutur. Müqavilənin təfərrüatları açıqlanmır, lakin bundan öncə verilən məlumata görə, isveçli mütəxəssis klubla üçillik müqavilə imzaladı.
"Lester" kimi kluba rəhbərlik edəcəyimə şadam. Yeni klubumdaki işimə başlamaq, futbolçularla görüşmək istəyirəm. Ümid edirəm ki, biz bir yerdə uğur əldə edə bilərik", - Eriksson dedi.
