4 oktyabr 2010 00:05
Türkiyə Azərbaycanla oyundan öncə itki ilə üzləşdi
Türkiyə yığmasının yarımmüdafiəçisi Selçuk Şahin komandasının AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya (8 oktyabr) və Azərbaycan (12 oktyabr) millilərinə qarşı oyunları buraxmalı olacaq. Azerisportaz xəbər verir ki, futbolçu dizindən zədə alıb və bu səbəbdən də yığmanın heyətindən kənarlaşdırılıb.
