4 oktyabr 2010 00:11
Liverpool əsas hücumçusunu itirə bilər
İngiltərənin "Liverpool" klubunun hücumçusu Fernando Torres Premyer-liqanın 7-ci turu çərçivəsində "Blackpool"-a keçirilən oyunda (1:2) zədələndi. Azerisport.az xəbər verir ki, forvard oyunda cəmi 10 dəqiqə keçmiş artıq zədə səbəbindən David N`qoqla əvəzləndi. Zədənin nə qədər ciddi olduğu yaxın vaxtlarda müəyyənləşəcək.
