5 oktyabr 2010 13:21
Millimiz İspaniya klubu ilə qarşılaşacaq
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışındadır. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün yığmamız "Jerez" klubunun nəzdindəki U-19 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
