5 oktyabr 2010 14:14
"Azərbaycan Avstriyaya çətin anlar yaşada bilər"
Avstriya mətbuatı Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan öncə yığmamızı heç də asan rəqib olmadığını vurğuladı. Azerisport.az xəbər verir ki, görünür avstriyalilar Qazaxıstanla oyundan sonra kiçik komandalardan ehtiyyatlanmağa başlayır.
Avstriya mətbuatı qeyd edir ki, Azərbaycan böyük komandalar sırasına daxil olmamasa da, bu komanda Avstriyaya çətin anlar yaşada bilər: "Azərbaycan FİFA reytinqində 102-ci olmasına baxmayaraq, bu reytinqdə özündən güclü olan komandaları məğlub etməyə bacarıb. Misal üçün, DÇ-1998-nin "seçməsində" İsveçrəni 1:0 məğlub etib; DÇ-2002-nin təsnifat mərhələsində Slovakiyaya 2:0 qalib gəlib; AVRO-2004-ün "seçməsində" o zaman Serbiya və Çernoqoriya lan yığmasını qonaq meydançasında 2:2 hesablı heç-heçə, evdə isə 2:1 hesabı ilə məğlub edib; AVRO-2000-nin təsnifatında Portuqaliya Bakıda hesabı yalnız son dəqiqədə bərabərləşdirə bildi – 1:1".
Həmçinin Avstriya KİV-ləri onu da vurğulayırlar ki, Azərbaycanın baş məşqçisi Berti Foqtsun digər avropalı həmkarlarından üstünlüyü var: "Avstriya ilə oyuna Foqts yetirmələrini FİFA-nın müəyyən edilmiş gündən bir gün öncə, yəni bazar günü bir yerə yığmışdır. Bu da onu göstərir ki, Foqts digər avropalı həmkarları üzərində üstünlüyə malikdir".
