5 oktyabr 2010 14:44
Yığmamızın qapıçısı cəzalandırıldı
"Xəzər-Lənkəran" qapıçı Kamran Ağayevin xidmətlərindən Azərbaycan çempionatının qarşıda gələn dörd oyununda istfadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, bu qərar AFFA-nın İntizam Komitəsinin növbəti iclasında qəbul olundu.
Qeyd edək ki, XL – "Bakı" oyununun 85-ci dəqiqəsində Ağayev rəqibin hücumçusu Vyaçeslav Sofroninin üzündən zərbə endirdi, lakin hakim bu məqamı görmədi. Qapıçının hərəkətinə görə klub 4000 manat məbləğində cərimə olundu.
Analojı cəzanı "Bakı"-nın forvardı Jaba da aldı. Həmin oyunda Jaba rəqibini vurduğu üçün qırmızı vərəqə aldı və meydandan qovuldu. Bu səbəbə görə o Premyer-liqanın dörd oyununun buraxmalı olacaq, klub isə 4000 manat cərimə ödəyəcək.
Qeyd edək ki, Ağayev və Jaba çempionata yalnız noyabrda qayıda biləcəklər.
