5 oktyabr 2010 15:04
Vaqif Cavadov: Vyandan müsbət nəticə ilə qayıdmalıyıq
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçiriləcək oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Mən əminəm ki, Avstriyay qarşı uğurlu çıxış edərək, məğlub olmayacayıq. Əlbətdə, bizi ciddi rəqib gözləyir. Lakin Vyandan müsbət nəticə ilə qayıdmalıyıq", - Cavadov dedi.
