5 oktyabr 2010 15:50
Didi Konstantini: Hər kəs bizdən qələbə gözləyir
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini verdiyi açıqlamada qarşıda gələn Azərbaycan və Belçika ilə oyunlar barəsində danışdı.
"Hər kəs bizdən qələbə gözləyir. Lakin heç kəs əvvəlcədən deyə bilməz Azərbaycan və Belçika ilə oyunlar necə nəticələnəcək. Bir məşqçi olaraq, mən həmişə qələbə qazanmaq istəyirəm", - azerisport.az xəbər verir ki, bunu Konstantini Avstriya mətbuatına verdiyi açıqlamada dedi.
Onun sözlərinə görə, hər bir rəqibə hörmət etmək lazımdır: "Berti Forqts dünya səviyyəli məşqçidir. O öz komandasını demək olar ki hər iki həftədən bir görür. Bu hər milli komandanın məşqçisinin arzusudur".
