5 oktyabr 2010 16:38
Kaka Milana qayıda bilər
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Kaka qış transfer pəncərəsində İtaliyaya qayıda bilər. Azerisport.az xəbər verir ki, artıq bir neçə aydır ki "Inter" "Real"-la Kakanın transferi ilə bağlı danışığlar aparır . "Neradzurinin" prezidenti Massimo Moratti bildirib ki, braziliyalı futbolçuya görə klub 25 milyon avro ödəməyə hazırdır.
Həmçinin Kakanın köhnə klubu "Milan" da futbolçunu ala bilər. Bu keçid komandanı Ronaldinyo tərk etdiyi halda baş verə bilər.
Mənbə: Panorama
