5 oktyabr 2010 17:30
Jabanı kim cəzalandırdı? VİDEO
Bu gün AFFA-nın İntizam Komitəsi "Xəzər-Lənkəran" – "Bakı" oyununda baş vermiş insidentlərlə öz qərarını verdi. Azerisport.az xəbər verir ki, həmin görüşdə XL-ın qapıçısı Kamran Ağayev rəqib futbolçunun üzündən zərbə endirdiyinə və Jaba qırmızı vərəqə aldığına görə 4-oyunluq diskvalifikasiya olundu. Və əgər Kamrana etdiyi hərəkətə görə verilən cəzanı düzgün hesab etmək olarsa, Jabanın bu cəzaya nəyə görə məruz qaldığını başa düşmək çətindir.
"Bakı"-nın baş meneceri Zeynal Məmmədovu bu qərarla bağlı öz fikiri ilə bölüşdü: "Futbolçuya belə cəza vermək nəyə görə lazım idi? Biz hesab edirdik ki, onu ikioyunluq cəzalandıracaqlar. Belə də olmalı idi. Jaba qırmızı vərəqə aldı, lakin ona 4-oyunluq diskvalifikasiya verildi. Nəyə görə?".
Məmmədovun sözlərinə görə, Jaba rəqibini vurmamışdır. "Rəqib oyunçu simulaysiya etdi. Yaxşı, qoy Jaba qırmızı vərəqə aldı. Ancaq bu epizod 4-oyunluq cəzəya çəkçmir. Biz bu qərarla razı deyilik və AFFA-ya öz etirazımız göndərdik", - "Bakı"-nın funksioneri dedi.
Deyilənlərə görə, bu qərar elə-belə verilməyib. Güya assosiasiya Lənkəran təmsilçisini razı salmaq üçün Jabaya belə cəza verdi. Lakin bu barədə dəqiq nəsə demək çox gəliz məsələdir.
Təkrarda açıq aşkar görünür ki, Jaba qaydanı o dərəcə də pozmamışdır ki, qırmızı vərəqə alaraq, meydandan qovulsun. Bu qayda pozuntusuna görə 4-oyunluq cəza sadəcə sərt yox, həddən dərəcə sərt qərardır.
Xatırladaq ki, irəlidə "Bakı"-nı "Muğan", "Qarabağ" (4-cü turun təxirə salınmış oyunu), "İnter" və "Neftçi" komandları ilə oyunu olacaq.
Biz isə XL – "Bakı" oyunun video görüntülərini təqdim edirik ki, siz özünüz bu qayda pozuntusu ilə bağlı qərar verərsiniz.
