5 oktyabr 2010 11:49
UEFA turniri Azərbaycanda keçirilə bilər
Ötən həftə Azərbaycanın futzal üzrə çempionu Naxçıvanın "Araz" klubu UEFA kubokunun elit raunduna vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, AFFA bu raundunun oyunlarının Bakıda keçirilməsinə artıq ərizə göndərib. Bu turnirun qrup mərhələsinin oyunları hansı dörd şəhər qəbul edəcəyini UEFA oktyabrın 12-də baş tutacaq püşkatmadan sonra təsdiqləyəcək.
Xatırladaq ki, ötən mövsüm Bakıda bu turnir artıq keçirilmişdir və "Araz" dördlər finalına yeganə vəsiqənin sahibi olmuşdur.
