5 oktyabr 2010 11:59
Azərbaycanın rəqibi baş məşqçisiz qala bilər
Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork istefaya göndərilə bilər. Azerisport.az xəbər verir ki, əgər qazaxlar AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika (8 oktyabr) və Almaniya (12 oktyabr) yığmalarına qarşı keçiriləcək oyunlarda üç xal qazan bilməsə, o zaman Ştork tutduğu vəzifədən azad olunacaq.
Qeyd edək ki, almaniyalı mütəxəssis Ştork Qazaxıstan yığmasına 2008-ci ilin payızında gəlib.
