5 oktyabr 2010 00:08

Azərbaycanın Avstriya səyahətindən nə gözləyək?

Cəmi üç gündən sonra Azərbaycan yığması AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti görüşün keçirəcək. Azerisport.az xəbər verir ki, oktyabr ayı ərzində millimiz iki görüş keçirəcək. İlk öncə Vyanda Avstriyaya qarşı oyun baş tutacaq.

Həm millimizin baş məşqçisi Berti Foqts, həm də rəqibin çalışdırıcısı Didi Konstantini heyətləri açıqlayıb. Rəqibimiz artıq itkilərlə də üzləşib. Misal üçün Emanuel Poqatesin yoxluğu müdafiəyə təsir edəcək. Lakin gəlin komandanın Avropa yarışmalarındaki tarixinə nəzər salaq.
 
Maraqlıdır ki, Avstriyanın heyətindəki adlı-sanlı futbolçuların olmasına baxmayaraq, bu komanda Avropa çempionatına ilk dəfə 2008-ci ildə düşüb. O da ki, seçmə oyunlarda qalib gəldiyi üçün yox, sadəcə olaraq AÇ-nın ev sahiblərindən biri olduğu üçün düşə bildi (digər İsveçrə idi). Amma bunu nəzərə almasaq, demək olar ki, Avstriya Azərbaycan kimi Avropa çempionatını görməyib. Ələbtdə, reytinq fərqimiz var, oyunçuların çıxış etdiyləri çempionatların, futbol tarixilərimizdə də fərq var. Lakin futbolda adlar yox, insanlar oynayır. Almaniya ilə görüşdə bizim millimiz bunu unudmuşdur. Futbolçularımız oyuna sanki əvvəlcədən məğlub olmuş vəziyyətdə çıxmışdırlar. Bu dəfə isə bunu təkrarlamaq olmaz.
 
Nə olsun ki, Avstriya yığmasının futbolçuları Almaniyanın Bundesliga, Hollandiyanın Eredeviziya, İngiltərənin Premyer-liqasında çıxış edir? Məgər onlar insan deyil? Məgər onlar bizim futbolçularımız kimi 90 dəqiqə meydanda qaçmır? Məgər onlar yorulmur?!
 
Bizim futbolçularımız bu görüşdə rəqiblərin adlarına və harada çıxış etdiylərinə baxmamalıdır. Avstriyanı məğlub etmək olar. Qrupumuzdaki digər rəqibimiz Qazaxıstan yığması bunu sübut edə bildi. Əlbətdə, onlar avstriyalılara 2:0 hesabı ilə məğlub oldu. Lakin bu məğlubiyyət qazaxıstanlı oyunçuların "söndüylərinə" görə baş verdi. Özüdəki son artırılmış iki dəqiqə ərzində. Əks halda Avstriya bu oyunda xal itirəcəkdi.
 
Məgər Azərbaycan yığması Qazaxıstandan pisdir? Əksinə! Millimizdə elə futbolçular var ki, hər bir futbol mütəxəssisini öz oyunu ilə heyran edə bilər. Sadəcə olaraq psixoloji cəhətdən hazır olmaq lazımdır. Avstriya məğlubedilməz deyil. Avstriya da bizim kimi AVRO-lara qrupdan çıxa bilmir.
 
Bizim yığmamızda indi narahat doğuran iki əsas məsələ var – psixoloji vəziyyətin necə olması və fiziki cəhətdən futbolçular oyuna necə hazır olacaq! Əgər bunlardan heç olmasa biri Avstriya ilə oyuna qədər düzəlsə, o zaman nəyəsə ümid etmək olacaq. Əks halda…
 
Oyuna cəmi üç gün qalır. Görək nə olacaq…

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.