6 oktyabr 2010 13:13
Didi Konstantini: Azərbaycanı gözəl oyunla məğlub etməliyik
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlər barəsində öz fikirlərini bildirdi.
"İdeal variant – üç xal almaq. Lakin bu üç xalı gözəl oyun sayəsində ala bilsək daha yaxşı olacaq", - Konstantini dedi.
Onun sözlərinə görə, Belçika barəsində düşünmək hələ ki tezdir: "Bunun mənası yoxdur. Əgər Azərbaycandan üç xal götürsək, komandanın özünə inamı artacaq. Bundan sonra isə Belçika ilə oyunda hansı nəticəni əldə edə biləcəyimizi görəcəyik".
Xatırladaq ki, Avstriya – Azərbaycan oyunu oktyabrın 8-də baş tutacaq.
