6 oktyabr 2010 13:34
Foqts Neftçi`nin futbolçusunu əsas yığmadan kənarlaşdırdı
Azərbaycan milli komandasının Avstriyada təşkil olunan təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi Amit Quluzadə baş məşqçi Berti Foqtsun razılığına əsasən, bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-dən 16-dək Portuqaliyada Avropa çempionatının ilkin seçmə oyunlarında iştirak edəcək U-19 hazırda İspaniyada təlim-məşq toplanışındadır. Yığmamız AÇ-nin seçmə mərhələsində Portuqaliya, Yunanıstan və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.
