6 oktyabr 2010 14:02
"Azərbaycanla görüşdə qalib gəlsək, böyük üstünlüyə malik olacayıq"
Türkiyə yığmasının gənc yarımmüdafiəçisi Nuri Şahin Almaniya və Azərbaycan komandaları ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar barəsində öz fikirlərini bildirdi. "Qazaxıstan və Belçikanı məğlub edib alı xal qazanmaq yaxşı başlanğıcdır. İndi isə irəlidə Almaniya və Azərbaycan var. Bu iki görüşdə də qalib gəlsək, böyük üstünlüyə malik olacayıq", - azerisport.az xəbər verir ki, bunu 22-yaşlı Şahin türk mətbuatına dedi.
Futbolçu etiraf etdi ki, Türkiyə yığması böyük oyunlardan fərqli olaraq, kiçik komandalara qarşı daha zəif çıxış edir: "Lakin bu dəfə bu səhvi buraxmayacayıq".
