6 oktyabr 2010 14:32
Marko Yanko: Bütün diqqət Azərbaycana yönəlib
Avstriya yığmasının hücumçusu Marko Yanko qarşıda gələn Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirləri ilə bölüşdü. "Hazırda Belçika haqqında heş kəs düşünmür. Bütün diqqət Azərbaycana yönəlib. Hansı mövqeydə oynayacağımı dəqiq bilmirəm. Məşqçi harada deyəcək, orada da oynayacam. Biz hələ ki Azərbaycanla oyuna plan qurmamışıq", - azerisport.az xəbər verir ki, bunun Yanko Avstriya mətbuatına bildirdi.
