6 oktyabr 2010 14:48
Polis Azərbaycan yığmasının oyunçusunu saxladı
Yol polis əməkdaşlarının keçirdiyi reyd zamanı Azərbaycanın futbol yığmasının və "Neftçi" futbol klubunun müdafiəcisi Rail Məlikovun "Mercedes" markalı avtomobili saxlayıb. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Milli.Az xəbər portalına Bakı şəhər Dövlət Yol Polis İdarəsinnin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev verib.
Səbəb isə küçədə müxtəlif heyvan səsləri (it, canavar və s.), o cümlədən "Ələsgər", "Səməd, ay Səməd", " Sən necə də gözəlsən" kimi ifadələr olan yüksək səsdə siqnallar verməsidir.
Avtomobili Mais Novruzov adlı şəxs idarə edirmiş. Avtomobildə müxtəlif səslər çıxaran səs siqnalları aşkarlanıb.
"Neftçi" klubunun mətbuat xidmətindən verilən məlumata görə, Rail Məlikov hazırda Azərbaycan yığması ilə birlikdə Avstriyadadır.
Avtomobili idarə edən şəxs İnzibai Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıb, siqnal isə müsadirə olunub.