6 oktyabr 2010 15:32
Mançester klubu Milan`ın ulduzunu almaq niyyətindədir
İngiltərənin "Manchester City" klubu İtaliyanın "Milan" komandasının braziliyalı hücumçusu Aleşandro Patonu almaq istəyir. Azerisport.az xəbər verir ki, "City"-nin baş məşqçisi Roberto Mançini braziliyalının böyük pərəstişkarıdır. "Rossoneri" bildirmişdir ki, Patonu satmaq niyyətləri yoxdur. Lakin İbrahimoviç, Robinyo, Ronaldinyo və İndzaqinin böyük maaşları bu mövqeyi dəyişə bilər. Qeyd edək ki, Patonun transfer qiyməti 35 milyon avro təşkil edir.
Mənbə: Footballpress
