6 oktyabr 2010 16:12
Berti Foqts: Avstriyada heç bir sürpriz olmayacaq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avstriya ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirini bildirdi. "Avstriyada heç bir sürpriz olmayacaq", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
"Azərbaycan Almaniyadan ağır zərbə aldı (1:6) və Avstriya üzərində qələbə Qafqaz təmsilçisi üçün böyük uğur olacaq. Azərbaycanın liderləri Türkiyənin "Eskişehirspor" klubunda çıxış edən Rəşad Sadıqov və Rusiyanın "Anjı" komandasında çıxış edən Mahir Şükürovdur", - goal.com saytı qeyd edir.
