6 oktyabr 2010 16:49
Alman klubunun məşhur futbolçusu polis tərəfindən saxlanılıb
Almaniyanın "Schalke-04" klubunun yarımmüdafiəçisi Cefferson Farfan Peru paytaxtı Lima hava limanında həbs olundu. Azerisport.az xəbər verir ki, futbolçu öz keçmiş xanımına uşağın təminatına aliment ödəmədiyi üçün saxlanılıb.
27-yaşlı Melissa Kluq adlı xanım futbolçunun 2-milyonluq maaşının 30 faizini tələb edir. Lakin Farfan bildirdi ki, o 15 600 avrodan artıq pul verməyəcək.
Bunun nəticəsində futbolçu məsələ həll olunmayana qədər Perunu tərk etmək haqqından məhrum olub. Bu isə o deməkdir ki Farfan Bundesliqanın "Həyat oyununu" – "Schalke-04" – "Stuttgart" matçını buraxmalı olacaq.
Mənbə: Bild
