6 oktyabr 2010 17:05
Rəşad Sadıqovun baş məşqçisi müəyyənləşdi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin "Eskişehirspor" klubu nəhayət ki özünə yeni baş məşqçi tapa bildi. Azerisport.az xəbər verir ki, bu Türkiyə Supreliqasında çıxış edən digər komanda "Bucaspor"-la ayrılan Bülənt Uyğun oldu.
Xatırladaq ki, artıq keçmiş baş məşqçisi Rza Çalımbayın rəhbərliy altında "Eskişehirspor" Türkiyə çempionatına uğursuz start verdi. Çalımbay məhz bu səbəbə görə istefaya göndərilmişdir.
Mənbə: CIHAN
