6 oktyabr 2010 17:20
"Cəmi 15 gün hazırlaşan komandadan nə tələb etmək olar?"
Azərbaycanın futzal üzrə yığmasının və Naxçıvanın "Araz" klubunun baş məşqçisi Joze Alesio azerisport.az saytına komandanın UEFA Kubokunun elit raunduna vəsiqə qazanması ilə bağlı firkilərini bildirdi.
"Elit raunda çıxa bilməyimiz müsbət haldır. Lakin problemsiz ötüşmədi. Komandada çoxlu dəyişikliklər baş verib. Təəssüf ki, Rumıniyaya optimal heyətlə gedməmişdik. Buna görə də çox vacibdir ki, heçnəyə baxmayaraq biz növbəti raunda çıxa bildik", - Alesio dedi.
Onun sözlərinə görə, komandada elə futbolçular var idi ki, onlar heyətdə cəm bir həftə idilər: "Eder, Lusiano və Anderson – bunlar cəmi bir həftədirki,heyətə qatılıb. Cəmi 15 gün hazırlaşan komandadan nə tələb etmək olar? İlk altılığım var. Lakin ikincisi ilə problemlər var idi. İrlandiyanın "Sporting" (7:4) və Latviyanın "Nikars" (7:2) klublarını məğlub edəndən sonra növbəti mərhələyə vəsiqəni təmin etdik. Rumıniya çempionu ilə oyun çətin alındı. "Tirgu Mures" evdə oynayırdı, həmçinin Rumıniya çempionudur. Baxmayaraq ki, rumıniyalılarla oyunda çox qol vura bilmədik (3:1), çox yaxşı oyun nümayiş etdirə bildik".
