6 oktyabr 2010 18:56

Şahin Diniyevin Qazaxıstan sınağı?

Azərbaycanın futbol üzrə keçmiş baş məşqçisi Şahin Diniyev Qazaxıstan çempionatına keçə bilər. Azerisport.az xəbər verir ki, Diniyevlə Qazaxıstan çempionatının ilk altılığına daxil olan klublardan biri maraqlanır. Qeyd etmək lazımdır ki, hazırda azərbaycanlı mütəxəssis Rusiya Premyer-liqasında çıxış edən "Terek" komandasının məşqçisidir və bu klubla müqavilə bu ilin sonunda başa çatacaq. Diniyev hələ ki bu təklif üzərində düşünür...

Biz isə sizin diqqətinizi Şahin Diniyevin futbola necə gəlməsinə yönəldmək istəyik. Futbolçu kimi Diniyev 1984-cü ildə Mingəçevirin "Avtomobilçi" komandasında başlayıb. Bundan sonra o çoxlu komanda dəyişib, Rusiya (həmin "Terek"-də), İzraildə çıxış edib. Futbolçu karyerasının "Dinamo" (Bakı) klubunda bitirəndən sonra o 2001-ci ildə yenə də "Terek"-ə qayıdaraq yeniyetmə və gənclərlə çalışmaqa başladı. Lakin tez bir zamanda oradan getdi və Azərbaycana döndü. 2002-ci ildən 2006-cı ilədək o "Qarabağ" və "Kəpəz" klublarında çalışırdı. 2005-ci ilin noyabrında isə Diniyev Azərbaycan yığmasnın baş məşqçisi təyin olundu.
 
Demək olar ki, onun rəhbərliyi altında komanda uğurlu start götürdü. Diniyevin ilk rəqibi güclü Ukrayna yığması oldu. Oyun Bakıda keçirildi və həmin görüş 0:0 hesablı heç-heçə ilə bitdi. Sonradan Qazaxıstanla AVRO-2008-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunlardan cəmi iki xal götürə bildi. Ümumiyyətlə rəsmi oyunlara gəldikdə, Diniyev Azərbaycanla əldə edilən ən böyük uğuru sözsüz ki Finlyandiya üzərindəki qələbədir (1:0). Lakin Diniyevi əsasən digər bir nəticələrə görə azərkeşlərin yaddaşında qaldı: Polşaya 0:5 və Serbiya yığmasına Bakıdaki 1:6 hesablı məğlubiyyətlərlə. Bakıdaki fiaskodan sonra Diniyev bütün tənqid və təzyiqlərə dözməyərək milli komandanı tərk etdi. Bu 2007-ci ilin sonunda baş verdi.
 
Bundan sonra mütəxəssis iki ilə yaxın məşqçilik fəaliyyəti ilə məşğul olmurdu. Ancaq 2009-cu ildə o növbəti dəfə "Terek"-ə qaydırı və burada klubun gənclərdən ibarət komandasının məşqçisi vəzifəsinə təyin olunur. Onun rəhbərliyi altında gənclər yaxşı oyun göstərir, uğur əldə edir. 2009-cu ilin sonunda əsas komandanın baş məşqçisi Vyaçeslav Qroznı istefaya gedəndən sonra, onun yerinə müvəqqəti olaraq Diniyevi təyin edirlər. Lakin yerlimiz qalan oyunlardan qələbə qazana bilməyib. Buna baxmayaraq klub prezidenti onun işini yüksək qiymətləndirir və əsas komandanın məşqçisi təyin edir.
 
Göründüyü kimi, Diniyevin məşqçi karyerasında hər şey olub: həm böyük uğur, həm ondan heç də kiçik olmayan uğursuzluq. Və əgər Qazaxıstana keçid baş tutsa, o zaman oradaki karyerasının hissəsi necə olacağını əvvəlcədən demək çətindir. Yeganə ümidimiz isə: Diniyev bu dəfəki mərhələdə uğursuzluqlardan uzaq olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.