6 oktyabr 2010 12:05
Türkiyə əsas futbolçularından birini itirdi
Türkiyə yığması Almaniya və Azərbaycan milliləri ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlərdən öncə əsas futblçularından birini itirdi. Azerisport.az xəbər verir ki, yığmanın liderlərindən biri Arda Turan komandanın son məşqində zədələndi. Həkimlərin rəyinə görə, Arda ən azı altı həftə buraxmalı olacaq. Bu isə o deməkdir ki, futbolçu Almaniya və Azərbaycanla oktyabrı 8-i və 12-si keçiriləcək oyunları buraxmalı olacaq.
