6 oktyabr 2010 00:05
AFFA-nın baş katibi: Avstriya və Türkiyə ilə nəticələr Foqtsun gələcəiyinə təsir etməyəcək
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun gələcəyi haqqında azerisport.az saytına danışdı. "AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Türkiyə ilə keçiriləcək oyunları Foqtsun yığmadaki gələcəiyinə təsir etməyəcək. Nəticədən asılı olmayaraq Foqts yığmada qalacaq. Vyanada keçiriləcək oyuna gəldikdə isə, biz buraya məğlub olmağa gəlməmişik", - Məmmədov dedi.
