6 oktyabr 2010 00:12
Marko Arnautoviç: Azərbaycanla oyunda əlimdən gələni edəcəm
Avstriya yığmasının hücumçusu Marko Arnautoviç Azrəbaycan və Belçika komandaları ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarla bağlı öz fikirlərini bildirdi. "Bu oyunlarda əlimdən gələni edəcəm. İstəyirəm ki, Azərbaycan və Belçika ilə oyunlardan altı xal götürək", - azerisport.az xəbər verir ki, bunu Arnautoviç dedi.
Qeyd edək ki, bu ilin iyununa kimi Arnautoviç Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun keçmiş komandası Hollandiyanın "Twente" klubunda icarə əsasında çıxış edib.
Mənbə: Die Presse
