6 oktyabr 2010 12:21
"Azərbaycan haqqında düşünməliyik"
Türkiyə yığmasının baş məçqçisi Qus Hiddink Almaniya və Azərbaycan komandaları ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarla bağlı öz fikirlərini bildirdi. "Bizi iki oyun gözləyir. Yalnız Almaniya ilə oyunu yox, Azərbaycanla keçiriləcək görüş barəsində də düşünməliyik. Arada Turanın zədəsi məni məyus etdi. Bilirəmki almanlarda Şvaynştayqer zədəlid. Lakin Almaniya bu futbolçunu əvəzləyə bilər, biz isə Turanı yerinə heç kəsi tapa bilməyəcəyik", - azerisport.az xəbər verir ki, bunu Hiddink Türkiyə mətbuatına bildirdi.
