6 oktyabr 2010 12:48
Millimiz ispanları məğlub etdi
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq tolanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Jerez" klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. "Jerez"-in qapısından topları Aleksey Qavrilyuk, Mirhüseyn Seyidov və Rəhman Hacıyev keçirib.
