6 oktyabr 2010 12:54
Rumıniyalı ulduz Azərbaycana gələ bilər (FOTO)
Rumıniyanın "Steaua" komandsının futbolçusu Banel Nikolita Azərbaycanın "Xəzər-Lənkəran" klubuna keçə bilər. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, XL-ın baş məşqçisi Mirça Rednik yarımmüdafiəçi ilə danışığlar aparıb və çox ehtimal olunur ki, onun keçidi qışda baş tutacaq.
"Qış fasiləsində biz Banella bağlı məsələni yenidən gündəmə gətirəcəyik. Banel mənim xoşuma gəlir. Onu öz komandamda görmək istəyirəm", - Rednik dedi.
Qeyd edək ki, Nikolita "Steaua"-nın ulduzu sayılır.
